İsrail Qətərdə HƏMAS-ın rəhbərliyini bombalayıb | VİDEO

   İsrail Qətərdə HƏMAS-ın rəhbərliyini bombalayıb     | VİDEO
  09 Sentyabr 2025    Oxunub:804
İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək səviyyəli rəhbərliyinə qarşı məqsədyönlü hücum həyata keçirib.
AzVision.az xəbər verir ki, İsrail ordusunun (ÇAXAL) və Ümumi Təhlükəsizkik Xidmətinin birgə bəyanatında belə deyilir.

Rəsmi açıqlamada zərbənin “illərdir terror təşkilatının fəaliyyətinə rəhbərlik edən və 7 oktyabr qırğınının təşkilində və İsrail dövlətinə qarşı müharibənin aparılmasında bilavasitə məsuliyyət daşıyanlara” yönəldiyi bildirilib.

“Hücumdan əvvəl, dəqiq silahların istifadəsi və əlavə kəşfiyyat məlumatları da nəzərə alınmaqla, əlaqəsi olmayan şəxslərə dəyən zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb”, - ÇAXAL-ın mətbuat xidməti vurğulayıb.

Qətərin “Əl-Ərəbi” telekanalının məlumatına əsasən, hücum nəticəsində HƏMAS lideri Xəlil əl-Hayenin ofisi dağıdılıb. Lakin telekanal onun məhv edilməsi faktını hələlik təsdiqləməyib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Qətər   HƏMAS  



Xəbər lenti